RU

 "Qarabağ" Bakıda "Lion"a "Nant"ın aqibətini yaşadacaq -Kənan Həkimov

Bakıda "Qarabağ" və Fransanın "Lion" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının V turunun matçına indiyədək 13000 bilet satılıb.
Bu barədə Azərbaycan çempionunun mətbuat xidməti məlumat yayıb.
Hazırda bilet satışı davam edir. Qiymətlər müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manatdır.
Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil ediləcək qarşılaşma saat 21:45-də start götürəcək.                                    

Oyunla bağlı fikirlərini bölüşən İctimai Televiziyanın İdman departamentinin rəhbəri Kənan Hakimov  "Sherg.az"a deyib ki, "Qarabağ"la oyundan öncə Fransanın "Lion" klubunun böhranda olması ilə bağlı mətbuatda xəbər çıxdı: 
                         
"Rəqib komanda hazırda maliyyə çətinlikləri yaşayır. Bu amil ola bilər ki,"Lion"a psixiloji baxımdan təsir göstərsin. Amma istənilən halda heyətlərində kifayət qədər güclü futbolçular var. Digər tərəfdən Ağdam klubunun da Norveç səfərində  "buzu əritmə"-sindən sonra doğma azarkeşlər önündə ardıcıl ikinci qələbəsini qazanacağına çox ümid edirəm. Artıq 13000 biletin satılması da komandamıza olan inamdan irəli gəlir. "Qarabağ" Bakıda Fransanın digər klubu "Nant"ı 3:0 hesabı ilə məğlub edən komandadır. Niyə bu dəfə eyni aqibəti Tofiq Bəhramov adına Respublika stadionunda "Lion"a yaşatmasın? Üstəlik komandanın aparıcı fiqurlarından Yankoviç də hazırda yaxşı forma yığmağa başlayıb. Veşoviç heyətə qayıdıb. Bir sözlə, oyun öncəsi "Qarabağ"ın lehinə olan pozitiv məqamlar yetərincədir. Yeni formatda keçirilən Avropa Liqasının bu mərhələsində təmsilçimizin qazanacağı xal və ya xallar turnir cədəvlində bir qədər də irəliləyimizə səbəb olacaq".
Избранный
19
sherg.az

1Источники