RU

İranda soyunaraq etiraz edən qız azaddır

İranda paltarını soyunaraq hökumətə etiraz edən universitet tələbəsi Mahla Dəryayi ruhi xəstəxanadan evə buraxılıb. 

"Cebheinfo.az" xəbər verir ki, İran rəsmiləri qadına qarşı hüquqi addım atmayacaqlarını açıqlayıblar. İddiaya görə, Azad Universitetinin Mahla Dəryayi adlı tələbəsi İran hökumətinə yaxın silahlılar tərəfindən döyülüb. Hücumdan sonra Daryayi paltarını çıxararaq hökumətə etiraz edib. 

İran ədliyyəsinin sözçüsü Əsgər Cahangir bildirib ki, Dəryayi xəstəxanada müalicə olunub və sonra ailəsinə təhvil verilib. Cihangir çərşənbə axşamı verdiyi açıqlamada deyib: “Xəstəxanaya köçürüldükdən sonra xəstə olduğu aydın olduğu üçün ailəsinə təhvil verilib. 

Onun barəsində heç bir məhkəmə işi açılmayıb”. 

Daryayinin saxlanması beynəlxalq etiraza səbəb olub. “Amnesty İnternational” da daxil olmaqla, bir çox təşkilat qadının dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırıb. Daryayinin hərəkəti “Elle” jurnalının üz qabığına çıxarılıb. Hadisənin ilk görüntülərini bir tələbə hərəkatı yayıb. Hərəkat iddia edib ki, Daryayi çadrasız olduğu üçün təhlükəsizlik qüvvələri ilə mübahisə edib və mübahisə zamanı paltarını çıxarıb. Onun etirazından sonra İran rəsmiləri Dəryayinin "ruhi xəstə" olduğunu və psixiatriya klinikasına aparıldığını bildirib. 

Qeyd edək ki, 2022-ci ildə baş verən Məhsa Əmani etirazlarında İran həbs olunan etirazçılara da oxşar iddialar irəli sürmüşdü. Saxlanıldıqdan sonra sosial şəbəkələrdə iranlı fəallar qadın hüquqları müdafiəçilərinin ruhi xəstəliklə əlaqələndirilməsinin sistematik təzyiq üsulu olduğunu bildiriblər. 

BBC-yə danışan iranlı qadın fəal, 2018-ci ildə Kanadaya qaçan Əzəm Cənqravi deyib ki, ailəsinə İran tərəfindən ona ruhi xəstə kimi davranılması üçün təzyiq göstərilib. Cənqravi "Ailəm mənə bu təzyiqi göstərmədi, lakin bir çox ailələr təzyiq altındadır və bunun yaxınlarını qorumaq üçün ən yaxşı yol olduğunu düşünürlər.

 Psixi xəstəliklərin sorğu-sual edilməsi İslam Respublikasının qadınları gözdən salmaq üsuludur”,- deyib. Cənqravi etiraz aksiyası zamanı baş örtüyünü çıxardığı üçün 3 il həbs cəzası alıb. Xatırladaq ki, iki il əvvəl Məhsa Əmani hicabını “düzgün” taxmadığı üçün saxlandıqdan sonra polis nəzarətində həyatını itirmişdi. Onun ölümündən sonra başlayan və aylarla davam edən ümummilli etirazlarda 500-dən çox insanın öldüyü bildirilirdi. 

Избранный
12
cebheinfo.az

1Источники