RU

COP29 çərçivəsində müstəmləkəçilikdən əziyyət çəkmiş afrikalı nümayəndələrlə görüş keçirilib

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı Azərbaycana səfər edən bir sıra müstəmləkəçilikdən əziyyət çəkmiş Afrika xalqlarının və dövlətlərinin nümayəndələri ilə Bakı Təşəbbüs Qrupunun (BTQ) ofisində görüş keçirilib.

APA xəbər verir ki, görüşdə Mali, Toqo, Cibuti, Nigeriya, Keniya, Konqo Demokratik Respublikası və Mavritaniyadan olan deputatlar, qeyri-hökumət təşkilatlarının rəhbərləri, siyasətçilər, ekoaktivistlər, hüquq müdafiəçiləri iştirak ediblər.

BTQ heyətinin Afrika ölkələrinin təmsilçiləri ilə görüşü zamanı neokolonializmin yeni təzahürləri və onun qarşısının alınmasına dair birgə addımların atılması, müştərək əməkdaşlıq layihələrinin icra edilməsi, həmçinin, ətraf mühitə və insanların sağlamlığına vurulan ziyan və bu ziyanlara görə kompensasiyaların tələb edilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Sonda qonaqlar, medianın suallarını cavablandıraraq, görüşdə müzakirə edilən mövzularla bağlı əlavə məlumat və açıqlamalar veriblər.

Nigeriyanın İqlim Savadlılığı və Ədalət üçün “DA News Media Advocacy” agentliyinin baş redaktoru Abdullahı Dare Akogun qeyd edib ki, Nigeriya təbii sərvətlərlə zəngin ölkədir və bu öz növbəsində çox böyük problemlər yaradır: “Nümunə kimi meşələrdə ağacların kəsilməsi və təbii sərvətlərin talanmasını göstərmək olar. Buna isə müxtəlif ölkələrin şirkətləri səbəb olur. Düşünürəm ki, COP29 həm iqlim, həm də neokolonializmdən əziyyət çəkən xalqlar və icmalar üçün çox əhəmiyyətli platforma rolu oynaya bilər. Bizə bu imkanı yaratdığına görə Bakı Təşəbbüs Qrupuna minnətdaram. Xüsusilə, vurğulamaq lazımdır ki, Bakıda təşkil olunmuş COP29 zamanı iqlim dəyişikliyinin yaratdığı problemlərdən çıxış yolları müəyyənləşdi. Bundan sonra da Bakı Təşəbbüs Qrupu ilə davam etdirəcəyimiz əməkdaşlıq bu prosesə töhfə verəcək”.

Cibutinin “Paix & Lait” təşkilatının sosial inkişaf üzrə mütəxəssisi Abdoulsamad Said Arreh əvvəlcə öz ölkəsi barədə məlumat verib, daha sonra mövcud problemləri dilə gətirib: “Cibuti Şərqi Afrikada yerləşən çox kiçik, lakin strateji baxımdan əhəmiyyətli ölkədir. Bakı Təşəbbüs Qrupuna minnətdaram ki, müəyyən platformalarda bizə öz səsimizi eşitdirmək imkanı yaratdı. Cibutiyə bir neçə ölkənin maraqları mövcuddur: Yaponiya, Almaniya, İspaniya, Fransa. Hazırda sözügedən xarici ölkələrin hərbi bazaları Cibutidədir. Neokolonializmin yaratdığı problemləri dünyaya çatdırmalıyıq və BTQ bu sahədə uğurlu platforma ola bilər”.

Konqo Respublikasının Ətraf Mühitin və Qorunan Ərazilərin Mühafizəsi Cəbhəsinin Proqramlar və Əməliyyatlar üzrə direktoru Makelele Kauchu Alain Bısımwa bildirib ki, COP29-da meşələrin qorunması məsələsinin aktual olmasından məmnunluğunu bildirdi. O qeyd etdi ki, meşələr təkcə güc dövlətlərinə aid deyil bütün dünyaya aiddir.

Nigeriyanın İqlim Dəyişikliyi və Tərəfdaşlar Konfransı üzrə Qlobal Vətəndaş Cəmiyyəti Konsorsiumunun sədri Uzodınma Akujekwe Adırıeje Ceo COP-un gözləntilərindən daha yüksək təşkil olunduğunu vurğulayıb.

Избранный
58
2
apa.az

3Источники