Universitetlərdə müəllimlərin maaşların və elmi dərəcələrə görə verilən vəsaitin artırılması təklif olunub.
APA xəbər verir ki, belə təkliflə bu gün Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Ceyhun Məmmədov çıxış edib.
Deputat deyib ki, fəlsəfə doktorları üçün 60-dır, elmlər doktoru üçün 100 manat vəsait verilir: “Elmi dərəcələrə görə verilən vəsait artırılmasına ehtiyac var”.
Ceyhun Məmmədov eyni zamanda universitetlərin tədqiqat yönümlü fəaliyyəti üçün vəsaitin ayrılmasın, bölgə universitetlərinə qəbul sayının artırılmasını, universitetlərin maddi-texnik bazasının gücləndirilməsini də təklif edib. Onun sözlərinə görə, müəllimlərin yerdəyişmə məsələsinə də baxılmalıdır: “Bunu tənzimlənməsi məsələsinə baxmaq lazımdır. Mürəkkəb prosesdir, ancaq bu barədə düşünməliyik. Sertifikasiyadan keçə bilməyən müəllimlərlə bağlı planlara da aydınlıq gətirilməlidir. Söhbət 5.000 müəllimdən gedir”.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта