RU

ABŞ Gürcüstanı hədələməkdə davam edir: "Lazımı addımlar atılacaq"

ABŞ Dövlət Departamentinin sözçüsü Miller mətbuat konfransında verdiyi açıqlamada lazım gələrsə, Gürcüstana qarşı daha çox siyasi addımlar atacaqlarını vurğulayıb.

Turkustan.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, ABŞ-ın Gürcüstanla münasibətlərinə hərtərəfli baxış hələ də davam edir və Vaşinqton lazım gələrsə, əlavə siyasi addımlar atmağa hazırdır.

Mətbuat konfransında Miller parlament seçkilərinin nəticələrini tanımaqdan imtina edən müxalifətin hərəkətlərini qiymətləndirərək deyib: " Hərtərəfli araşdırma hələ də davam edir. Biz bu baxış çərçivəsində artıq siyasi addımlar atmışıq və digər addımlar atmağa davam edəcəyik. lazım gəldikdə siyasi addımlar atılır ."

Aytən Yaşar/ Turkustan.az

Избранный
18
turkustan.az

1Источники