RU

SOCAR-ın hədəfi açıqlandı

İqlim dəyişikliyi və bu böhranın nəticələrini yumşaltmaq zərurəti qlobal miqyasda hər kəsi, o cümlədən şirkətləri ciddi tədbirlər görməyə məcbur edir.

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Ziba Mustafayeva COP29 çərçivəsində “Hər kəsə ədalətli keçid üçün nəzəriyyədən təcrübəyə: regionlararası yüksək səviyyəli Cənub-Cənub siyasi dialoqu” mövzusunda keçirilən tədbirdə deyib.

Z. Mustafayeva qeyd edib ki, SOCAR "yaşıl gələcək" üçün qətiyyətli addımlar atmağa sadiqdir: “Bir şirkət olaraq enerji keçidi və transformasiya səyahətinə başlamışıq. SOCAR neft və qaz dəyər zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən milli neft-qaz şirkətidir. Lakin 2035-ci ilə qədər həm karbohidrogen, həm də aşağı karbonlu enerji mənbələrindən ibarət diversifikasiya edilmiş portfelə və qlobal enerji liderləri ilə rəqabətə davamlı emissiya profilinə malik milli enerji şirkəti olmaq məqsədimiz var”.

SOCAR-ın 2050-ci ilə qədər sıfır karbon emissiyasına nail olmağı hədəflədiyini bildirən vitse-prezident əlavə edib ki, bu məqsədə çatmaq üçün mərhələlər və konkret hədəflər müəyyənləşdirilib: "Belə ki, 2030-cu ilədəl adi qaz məşəllərinin tamamilə ləğvi, 2035-ci ilədək korporativ və mütləq emissiyaların 20-30 % azaldılması, metan emissiyalarının sıfıra yaxınlaşdırılması, 2050-ci ilədək qlobal enerji təhlükəsizliyinə və iqlim davamlılığına töhfə verən sıfır emissiyalı milli enerji şirkətinə çevrilmək hədəfi mövcuddur".

SOCAR-ın transformasiya strategiyasını şərh edən Z. Mustafayeva bildirib ki, bu proses üç əsas istiqamət üzərində qurulub: "Birinci istiqamət - korporativ karbonsuzlaşma tədbirləri çərçivəsində emissiyaların azaldılması və ekoloji davamlılığa nail olunması nəzərdə tutulur. İkinci istiqamət üzrə - aşağı karbonlu biznesin inkişafı çərçivəsində günəş, külək, geotermal enerji, yaşıl hidrogen və davamlı yanacaq kimi sahələrin inkişaf etdirilməsi planlaşdırılır. Nəhayət, üçüncü istiqamət yeni əməliyyat modelinin tətbiqini nəzərdə tutur. Şirkət 2023-cü ildə enerji keçidi, ətraf mühit və dekarbonizasiyanı əhatə edən yeni bir struktur təsis edib. Bu, sadəcə müstəqil bir bölmənin yaradılması deyil, həm də bu istiqamətdə işlərin şirkətin bütün fəaliyyətlərinə inteqrasiyasını təmin etməkdir.

Избранный
22
4
aznews.az

5Источники