RU

“ABŞ nüvə təhlükəsi görmür” - “Associated Press”

ABŞ Rusiyanın Ukraynada nüvə silahından istifadə etməyə hazırlaşdığına dair heç bir əlamət görmür. 

“AzPolitika” xəbər verir ki, bu barədə “Associated Press” öz mənbələrinə istinadla məlumat yayıb.

Qeyd edək ki, Kiyevdəki ABŞ səfirliyi bu gün, noyabrın 20-də Ukraynaya “əhəmiyyətli hava hücumu” ilə bağlı xəbərdarlıq edib. Səfirlik fəaliyyətini dayandırıb və öz əməkdaşlarına sığınacaqlara yaxın olmağı tövsiyyə edib. Eyni zamanda, səfirlik Ukraynadakı ABŞ vətəndaşlarını hava hücumundan müdafiə siqnalları ilə bağlı diqqətli olmağa və hava hücumu təhlükəsi zamanı operativ tədbirlər görməyə hazırlıqlı olmağa çağırıb.

Bəziləri bunu nüvə təhlükəsi kimi qəbul ediblər. Xüsusən də Ukraynanın Rusiya ərazisinə dünən “ATACMS” raketlərilə zərbə endirməsindən sonra nüvə təhlükəsinin artdığına dair iddialar var.

“AzPolitika.info”

Избранный
27
azpolitika.info

1Источники