RU

Aviasiyada reaktiv yanacaq istehlakı gündəlik 2 milyon barel arta bilər - Samir Rzayev

Aviasiya sahəsində reaktiv yanacaq istehlakı gündəlik 2 milyon barel arta bilər.

“İki sahil” xəbər verir ki, bunu “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Samir Rzayev COP29 çərçivəsində keçirilən “Beynəlxalq Aviasiya və iqlim dəyişikliyi" mövzusunda yüksək səviyyəli panel müzakirəsində deyib.

Onun sözlərinə görə, aviasiya sahəsində gündəlik 6,3 milyon barel reaktiv yanacaq istehlak edilir: “Bu göstəricinin gündəlik 8,3 milyon barelə qədər artacağı proqnozlaşdırılır. Beləliklə, əlavə 2 milyon barel gündəlik yanacağa ehtiyac olacaq”.

O bildirib ki, "yaşıl maliyyələşdirmə"ni genişləndirmək və artırmaq çox vacibdir: “Biz bunu keçid kimi xarakterizə etməməliyik. Çünki şirkətlər uzun müddət belə layihələrə ehtiyac duyacaqlar".

Избранный
8
2
ikisahil.az

3Источники