RU

Çin bu ölkələrdən neft idxalını artırdı

Oktyabr ayında Çin Yaxın Şərqdən neft idxalını əhəmiyyətli dərəcədə azaldıb.

Musavat.com Çin Baş Gömrük İdarəsinin statistikasına əsasən xəbər verir ki, ölkə bu həcmləri Rusiya və Malayziyadan idxalla əvəz edib.

Xüsusilə Pekin oktyabr ayında Səudiyyə Ərəbistanından orta gündəlik idxalı sentyabr ayı ilə müqayisədə 22,1 faiz azaldaraq, sutkada 1,36 milyon barelə endirib. Omandan idxal 32,6 faiz artaraq 617 min barel, BƏƏ-dən 32,6 faiz artaraq 484 min barel, Küveytdən 22,9 faiz artaraq 229 min barel təşkil edib.

Oktyabrda Rusiyadan Çinə orta gündəlik neft ixracı sentyabr ayı ilə müqayisədə 9,7 faiz artaraq 2,31 milyon barel olub. Mütləq ifadədə tədarük 13,5 faiz artaraq 9,83 milyon tona çatıb. Pekinin oktyabrda Rusiya neftinə xərcləri 5,24 milyard dollar təşkil edib.

İran və Venesueladan gələn neftin ötürücüsü olab Malayziyadan tədarük 18,7 faiz artaraq sutkada 1,77 milyon barel olub. Mütləq ifadə ilə bu, 3,92 milyard dollar xərclə ayda 7,51 milyon tona uyğundur.

2024-cü ilin ilk on ayında Rusiya Çinə 90,43 milyon ton (+2,2 faiz illik) neft tədarük edərək bu ölkəyə aparıcı neft ixracatçısı olaraq qalır. Eyni dövrdə Səudiyyə Ərəbistanı Çinə 65,31 milyon ton (illik 11 faiz azalma), Malayziya 56,79 milyon ton (+22,9 faiz illik) neft ixrac edib.

Xəbər verildiyi kimi, oktyabrda Çinə neft idxalının orta gündəlik həcmi 10,53 milyon barel təşkil edib ki, bu da sentyabr ayı ilə müqayisədə demək olar ki, 5 faiz azdır. Mütləq ifadədə Çin keçən ay 44,7 milyon ton neft idxal edib.

Musavat.com

Избранный
34
50
musavat.com

10Источники