RU

Rumıniya - Kosova matçı ilə bağlı QƏRAR

UEFA Apelyasiya Komitəsi Millətlər Liqasının 5-ci turunda yarımçıq dayandırılan Rumıniya - Kosova matçı ilə bağlı qərar verib.

İdman.biz xəbər verir ki, Kosova yığmasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

Noyabrın 15-də keçirilən matçın son dəqiqələrində Kosova futbolçuları tribunlarda "Kosova Serbiyadır" şüarlarının qaldırılması və "Serbiya, Serbiya" təzahüratları üzündən meydanı tərk ediblər. UEFA Millətlər Liqasının Reqlamentinin 25.01 maddəsinə əsas gətirən komitə qonaq komandanı cəzalandırıb. Bundan başqa, Kosova Futbol Federasiyası 6 min avro cərimələnib.

Qeyd edək ki, bu qərardan sonra Rumıniya qrup mərhələsini 18 xal, Kosova isə 12 xal başa vurub.

İdman.biz

Избранный
21
9
idman.biz

10Источники