RU

Dövlət Mülki Aviasiya Agentliyi: Sıfır emissiya məqsədinə nail olmaq mümkündür    

Sıfır emissiya məqsədi iddialı hədəf olsa da, buna nail olmaq mümkündür...

"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin (DMAA) direktor müavini Nazim Ziyadov COP29 çərçivəsində keçirilən “Beynəlxalq Aviasiya və iqlim dəyişikliyi" mövzusunda yüksək səviyyəli panel müzakirəsində deyib.

"Ətraf mühit mövzusu müxtəlif sahələri əhatə edir. Odur ki, bununla bağlı müxtəlif maraqlı tərəflərin olması bəzi çətinliklər yaradır. Hər kəs üçün əsas məsələ ətraf mühitin dünyadakı hər bir maraqlı tərəf üçün əsas prioritet sahə hesab edildiyi bir vəziyyət yaratmaqdır. Lakin biz bu prosesi irəli aparmalıyıq, çünki hamımız bilirik ki, sıfır emissiya hədəfi kifayət qədər iddialıdır. Amma buna nail olunacağına inanıram. Lakin bu, hamımız üçün çətin proses olacaq", - N. Ziyadov bildirib.

Poliqon.info

Избранный
21
2
poliqon.info

3Источники