RU

ABŞ-də "bomba siklonu" səbəbindən 600 mindən çox insan işıqsız qalıb

ABŞ-də "bomba siklonu" səbəbindən 600 mindən çox insan işıqsız qalıb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata əsasən, Vaşinqtonun şimal-qərbində saatda 80 km sürətlə əsən və bəzi yerlərdə 110 km-ə çatan qasırğalı külək nəticəsində ağaclar aşıb, elektrik xətləri qırılıb, evlərə ziyan dəyib və yollar bağlanıb.

Linvud şəhərində ağacın düşərgənin üzərinə aşması nəticəsində bir qadın həlak olub, Mepl-Velli şəhərində isə iki nəfər xəsarət alıb.

ABŞ Meteorologiya Xidməti yaxın günlərdə daşqın və qar fırtınası, həmçinin güclü yağışların gözlənildiyi barədə xəbərdarlıq edir. Bəzi rayonlarda 50 sm-ə qədər yağıntı proqnozlaşdırılır.

Избранный
24
3
report.az

7Источники