RU

Abxaziyada prezident seçkilərinin vaxtı açıqlanıb

Abxaziya Mərkəzi Seçki Komissiyası bəyan edib ki, növbədənkənar prezident seçkiləri 2025-ci ilin fevralına təyin edilə bilər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “İnterfaks” xəbər verir.

Nəşrin həmsöhbətinin dediyi kimi, seçkilər 2025-ci il fevralın ortalarında keçirilə bilər. O, həmçinin xatırladıb ki, Abxaziya qanunlarına görə, prezidentin səlahiyyətlərinə vaxtından əvvəl xitam verildiyi halda parlament 15 gündən gec olmayaraq növbədənkənar seçkilərin tarixini təyin etməlidir.

...Qanunda nəzərdə tutulub ki, prezidentin istefası qəbul edildiyi gündən üç ay ərzində seçkilər keçirilməlidir. Xalq Assambleyası Aslan Bjaniyanın istefa məktubuna baxıb və noyabrın 19-da onun istefası ilə bağlı qərar qəbul edib, ona görə də növbədənkənar seçkilər fevralın 19-dan əvvəl keçirilə bilər.

Bundan əvvəl Abxaziya prezidenti Aslan Bjaniya kütləvi etirazlardan sonra istefa verib.

Əli Babayev

Избранный
35
27
sia.az

10Источники