RU

TV- LƏRİMİZİN FÜRSƏTDƏN SUİ- İSTİFADƏ METODU- VİDEO

Azərbaycan TV- lərinin günü gözümüzün önündədir...

Amma və lakin... Az əvvəl ATV, ARB və XəzərTV ekranlarında eyni vaxtda müşahidə apardıq. Azərbaycan xalqının sadə vətəndaşlarının vergilərindən də pay alan bu TV- lərdə Bakıdakı Şadlıq Saraylarında toylara gedən müğənnilərin birbaşa reklamına xidmət göz önündədir... Belə çıxır ki, efir məkanımızı zəbt edən dələduzlar pul qazanmaq uğrunda yarışa girərək Azərbaycan tamaşaçısına istədiklərini diqtə edirlər. Şərt isə budur: baxsan da, baxmasan da, budur- baxmalısan!XXX Eramızdan əvvələ aid daş kitabələrdə yazılırdl ki, Azərbaycanda Milli Tele- Radio Şurası (köhnə adı dilə yatandır) adlı bir qurum var. Bilmirik, bu qurum indi mövcuddurmu, yoxsa qədim dünya tarixində yatıb qalıb, amma insanlar soruşurlar: sizlər kimi ələ salırsınız?! Yaxudş kimə və nəyə xidmət edirsiniz?Ayıbdır, bu xalqın milli- mədəni irsinə, mədəniyyətinə, musiqi zövqünə hörmət edin ki, sizlərə də toylarda "hörmət" eləsinlər...A.Məmmədli

Избранный
21
tezadlar.az

1Источники