RU

Qanalı ictimai fəal: COP29-da iştirakdan olduqca məmnunam

Mən Azərbaycanda keçirilən COP29-da iştirakımdan olduqca məmnunam. İqlim maliyyəsi haqqında danışarkən verilən vədlərin əməl olunmasını gözləyirəm. Xüsusilə kənd yerlərində, yerli icmalarda və həssas icmalarda qadınları maliyyələşdirmək üçün maliyyə olmalıdır. SİA-nın əldə etdiyi məlumata görə, bunu açıqlaması zamanı Qanadan olan ictimai fəal xanım Adjoa Açiaa Kesse-Sam bildirib.

Qanalı iştirakçı qeyd edib ki, ölkəsində insanlar odundan yanacaq kimi istifadə edirlər.

"Çünki yanacaqdan istifadə zamanı bir çoxunun səhhətində problem yaranıb. Bu iqlim dəyişikliyinin təsiridir. COP29-da iqlim maliyyəsi barəsində müzakirə aparılarkən danışıqlar aparan şəxslər, maraqlı tərəflərin razılığa gəlməsinə gözləyirəm. Mən eyni zamanda həbsxanalarımızdakı məhbusların müdafiəsi ilə məşğulam. Məhbuslar iqlim dəyişikliyinin yaratdığı yoxsulluqdan əziyyət çəkirlər və buna görə də yaxşı qidalana bilmirlər", - deyə qanalı ictimai fəal vurğulayıb.

Избранный
13
1
sesqazeti.az

2Источники