RU

Trampın sifariş etdiyi rəsm əsəri hərraca çıxarılıb - FOTO

Amerikalı rəssam, pop-art hərəkatının nümayəndəsi, dizayner və kinorejissor Endi Uorholun Donald Trampın sifarişi ilə 1980-ci illərdə çəkdiyi “Nyu-Yorkun göydələnləri” əsəri Nyu-Yorkda İncəsənət Həftəsi çərçivəsində Phillips House tərəfindən hərraca çıxarılıb.

 

Sfera.az xəbər verir ki, bu barədə “The Times” yazıb.

 

Onun sözlərinə görə, kətan 700 min dollara çəkic altına girə bilər. Şəkildə "Trump Tower" göstərilir. Əsərdə boz, qara, qızılı və gümüşü boyalardan istifadə olunub. Kətana incə buzlu şüşə tətbiq olunur.

 

Dəqiqləşdirilib ki, Tramp ailəsi rəsmin bir qədər tutqun görünməsindən narazı qalıb və Uorholun sifarişin hazırlanmasına sərf etdiyi vaxta görə pul ödəmək istəməyib.

 

Uorhol rəssam, prodüser, dizayner, “homo universale” ideologiyasının banisi, “kommersiya pop-art” üslubunda əsərlərin yaradıcısıdır. 1960-cı illərdə o, ilk alternativ rok qrupu The Velvet Underground-un prodüseri olub. Rəssamın ən məşhur əsərləri “Kampbell şorba qutuları” və “Merilin Diptik”dir.

 

İnci 

 

Избранный
11
sfera.az

1Источники