İrlandiyanın Kiyevdəki səfirliyinin əməkdaşları Ukraynada gərginliyin artması səbəbindən uzaqdan iş rejiminə keçirilib.
Qaziler.az xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti İrlandiyanın baş nazirinə istinadən yazır.
“Bu qərar Ukrayna üzrə müxtəlif səfirliklər arasında hazırda davam edən məsləhətləşmələrdən sonra verilib, lakin səfirlikdən əməkdaşların çıxarılması planı yoxdur”, - İrlandiyanın baş naziri və müdafiə naziri Martin deyib.
Noyabrın 20-də Ukrayna Xarici İşlər Nazirliyi bildirib ki, Kiyevdəki Qərb səfirliklərinin, o cümlədən Amerika səfirliklərinin kütləvi hava hücumu qorxusuna görə müvəqqəti bağlanması ilə bağlı xəbərləri yayılmaqdadır.
QAZİLER.AZ