RU

İvan Martin “Jirona” ilə yeni müqavilə bağladı

“Jirona”nın hücumameyilli yarımmüdafiəçisi, ispaniyalı futbolçu İvan Martin La Liqa təmsilçisi ilə yeni müqaviləyə imza atıb.

Arena.az bu barədə İspaniya klubunun rəsmi saytına istinadən xəbər verir.

25 yaşlı futbolçu ilə imzalanan yeni müqavilə 2028-ci ilin 30 iyununa qədər nəzərdə tutulub. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti cari mövsümün sonuna qədər idi.

Xatırladaq ki, İvan Martins hazırda zədədən əziyyət çəkir. Futbolçunun yaşıl meydanlara nə vaxt qayıdacağı məlum deyil. O, bu mövsüm “Jirona”nın heyətində 12 oyuna çıxıb və 1 qol vurub.

İvan Martin İspaniyanın digər klubu “Vilyarreal”ın yetirməsidir. “Mirandes” və “Alaves”də də forma geyinmiş yarımmüdafiəçi 2022-ci ildən “Jirona”da çıxış edir. O, sözügedən klubun heyətində meydana çıxdığı 97 oyunda 9 qol və 9 məhsuldar ötürmə müəllifi olub.

İspaniyanın U-16, U-17, U-18 və U-19 yığmalarında oynamış İvan Martinsə sonralar millidə ehtiyac duyulmayıb. Yarımmüdafiəçinin böyük futbolda heç bir tutulu yoxdur.

“Transfermarkt” internet-portalı 25 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Избранный
16
arena.az

1Источники