RU

"Bilirəm ki, oyunum Qvardiolanın xoşuna gəlir" - Gimarayns "Mançester Siti"də?

"Nyukasl"ın yarımmüdafiəçisi Bruno Gimarayns "Mançester Siti"yə keçəcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Fanat.Az xəbər verir ki, onun dediklərini "Globo Esporte" belə çatdırıb:

"Bu informasiyalar yüksək səviyyədə olduğumu göstərir, amma söz-söhbətdən başqa bir şey deyil. Bir dəfə Peplə söhbət etmişəm. O mənim işimi tərifləyib, mən də onun... Bilirəm ki, oyunum Qvardiolanın xoşuna gəlir. Böyük məşqçilərin futbolçunun çıxışını bəyənməsi normal haldır".

Qeyd edək ki, cari mövsüm "sağsağanlar"ın forması ilə bütün turnirlərdə 14 matça çıxan Gimarayns 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Избранный
30
fanat.az

1Источники