RU

Bir vaxtlar qulağını dişləmişdi - indi döyüşə çağırır

62 yaşlı ulduz boksçu Evander Holyfield 58 yaşlı ​Mike Tysonu rinqə çağırıb.

Milli.Az xəbər verir ki, Mike Tyson Evander Holyfield-in döyüşə çağırışını rədd edib.

Holifild sosial şəbəkə hesabında özü və Tysonun posterini paylaşaraq: "Pərəstişkarlar bunu istəyir. Yarımçıq qalan məsələ" şərhini yazıb.

Tyson isə əvəzində "Mən səni sevirəm qardaş, amma trilogiya bizim dostluğumuzdur" deyə cavab verib.

Qeyd edək ki, əfsanəvi boksçular kayeraları ərzində iki dəfə üz-üzə gəliblər. Hər iki görüş Evander Holyfieldin qələbəsi ilə nəticələnib. Hətta ikinci döyüşdə Tyson rəqibinin qulağını dişləyib. Buna görə o, 1 il yarışlardan uzaq qalıb.

Lalə Qüdrətova
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Избранный
57
1
milli.az

10Источники