RU

Ukraynaya bu minaları vermə səbəbimiz budur - Miller

Vaşinqton administrasiyasının Kiyevə piyada əleyhinə minaların verilməsi barədə qərarı Rusiya qüvvələrinin hücumu ilə izah olunur.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.

Onun sözlərinə görə, ABŞ Kiyevi silahla təmin edərkən real vəziyyəti nəzərə alır:

“Bizim gördüyümüz real vəziyyət Rusiyanın irəliləməsidir, xüsusən də rus piyadalarının Ukraynanın şərqində irəliləməsidir. Bu piyada əleyhinə minalar piyadaların bu cür irəliləyişlərinin qarşısını almaq üçün nəzərdə tutulub”.

Избранный
29
axar.az

1Источники