RU

İnsanlar mənim ucbatımdan pul itiriblər, utanıram – Taysonun məşqçisi

Mayk Taysonun keçmiş məşqçisi Ceff Fenek əfsanəvi amerikalının bloger Ceyk Polla döyüşünü şərh edib.

Publika.az xəbər verir ki, Fenek bildirib:

“Bu nəticə məni təəccübləndirdi. Döyüşdən əvvəl çox adam mənə zəng edib fikrimi soruşdu, sonra məlum oldu ki, mənim ucbatından çoxlu pul itiriblər. Utanıram.

Dəhşətli döyüş idi. Mayk rinqdə tamamilə fərqli şou göstərməyi planlaşdırırdı. Onun sübut etmək istədiyi o idi ki, istənilən yaşda rinqə çıxa bilərsən. Tayson nümunə göstərdi ki, 58 yaşında çox işləmək olar. O, bu yaxınlarda həyatını tamamilə dəyişib”.

Избранный
83
publika.az

1Источники