RU

Paşinyan hazırlaşır, nəyin bahasına olur-olsun, Bakı ilə... - Vardanyan

Ermənistan Baş naziri Nikol Paşinyan qarşıdan gələn növbəti və ya növbədənkənar seçkilərə hazırlaşır.

Paralel.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu “Ermənistan” fraksiyasının deputatı Elinar Vardanyan deyib.

“Feysbuk səhifəsinin fonunu Araqat dağının şəkli ilə dəyişməsi, çörək və yağdan yazması onun seçkiqabağı addımlarıdır”, - siyasətçi bildirib.

Paşinyanın öz gündəmini yaratması ilə bağlı müşahidəyə gəlincə, onun fikrincə, baş nazir ictimaiyyəti də bu gündəminə cəlb edir və müxalifətin alternativ gündəmi yoxdur:

“Onun gündəmini daim izlədiyirəm, yaxşı siyasi təfəkkürə malik fiqurdur. Yaxşı anlayır ki, siyasi meydana nə atmaq lazımdır ki, hamı bu haqda danışsın, hamının gündəminə çevrilsin. Biz adətən nələrisə onun hərəkət və ya qərarlarından sonra müzakirəyə çeviririk və ya artıq qəbul edilmiş qərarlara reaksiya veririk, onlara qarşı çıxırıq.

Ən ciddi addım o olardı ki, müxalifət heç olmasa bir məsələdə birləşib onu gündəmə gətirsin. Bəli, Qarabağ məsələsi əvvəlki illərdə müxalifəti birləşdirirdi. İndiki məqamda gündəm məsələsi tapıb onu birləşdirici gündəliyə çevirməliyik ki, Paşinyanın qərarlarına tabe olmayaq”.

Vardanyan Paşinyanın seçkilərə qədər nəyin bahasına olur-olsun sülh müqaviləsinin imzalanmasına nail olmağa çalışacağına və prosesə bu sənəd getnək istədiyinə inandığını söyləyib: “İnsanlara deyəcək ki, baxın, mən təhlükəsizlik məsələlərinizi həll etdim, bizim Azərbaycanla sülh müqaviləmiz var. Sonra bildirəcək ki, mən sizə sülh gətirdim, indi ədalət problemlərini, xüsusən də sosial ədalətsizliyi həll etmək vaxtıdır. Həmçinin bəyan edəcək ki, indi ölkəmizi Araqat ətrafında qurmağın vaxtıdır”.

Избранный
9
4
paralel.az

5Источники