ABŞ Konqresinin Senatı Birləşmiş Ştatlardan İsrailə hücum silahlarının təchizatını bloklamağı tələb edən qətnamələri təsdiqləməyib.
“Report”un xəbərinə görə, ABŞ qanunverici orqanının yuxarı palatasındakı səsvermənin yayımını çərşənbə günü C-SPAN televiziyası aparıb.
Üç qətnamənin əleyhinə 100 senatorun 60-dan çoxu səs verib, yalnız 17 qanunverici qətnamələrin lehinə çıxış edib. Beləliklə, qanunverici orqanının yuxarı palatasındakı səsvermənin hələ davam etməsinə baxmayaraq sənədlər qəbul edilməyəcək.