RU

6,2 milyon dollara aldığı bananı yeyəcək … – FOTO

İtaliyalı konseptual rəssam Maurisio Kattelanın əsəri – divara lentlə yapışdırılmış banan çərşənbə günü 6,2 milyon dollara satılıb.

Heftelik.az-ın xəbərinə görə, bu barədə “Sotheby’s” hərrac evinin “X” sosial şəbəkəsində səhifəsində məlumat verilib.

Qeyd edilib ki, dnyanın ən sensasiyalı bananı indicə 6,2 milyon dollara satılıb. “Komediyaçı” instalyasiyasının təxmini dəyəri 1-1,5 milyon dollar arasında müəyyən edilib. Nəticədə lot Çindən olan kolleksiyaçı, TRON blokçeyn platformasının yaradıcısı Castin San tərəfindən alınıb.

Castin San “X”də yazıb ki, indicə banan aldığını elan etməkdən həyəcanlıdır: “Bu, adi sənət əsəri deyil. Bu, incəsənət, memlər və kriptovalyuta cəmiyyətini əhatə edən mədəni fenomendir. Mən yaxın günlərdə bananı yeyəcəyəm və bu, unikal bədii təcrübənin bir hissəsi olacaq”.

Избранный
2
17
heftelik.az

10Источники