RU

“Əkizlərimin iki dayəsi var” - Aşıq Ulduzun qızı

Aşıq Ulduz Sönməzin ifaçı qızı Sədaqət ana olduqdan sonra ilk dəfə efirə çıxıb.

OLAY yazır ki, dünyaya əkiz övlad gətirən müğənni “7 tamam” verilişində qonaq olub.

Sədaqət bildirib ki, Rəhim və Rəsul adlı əkizlərinə baxmaq üçün iki dayə tutub:

“Əkizlərimin iki dayəsi var - Nuranə və Ramilə xanım. Çox gözəl insanlardır. Düzdür, övladlarıma özüm də baxıram. Dayələrdən qabaq hər şeyləri ilə maraqlanıram. Dünən 7 ayları tamam oldu. Biri-birinə oxşamırlar. Biri mənə, digəri isə həyat yoldaşıma oxşayır. Həyat yoldaşım hazırda xaricdədir, bu səbəbdən uşaqlara baxmaqda mənə kömək edə bilmir. Anam isə Ulduz xanım çox sevinir. Körpə olduqları üçün onları qucağına götürməyə hələki qorxur”.

Qeyd edək ki, Sədaqət 2019-cu ildə ailə qurub. İfaçının həyat yoldaşı İsveçrədə yaşayır.

Избранный
2
1
olay.az

4Источники