RU

Çexiyalı nazir: "Bu tarixi görüş gələcək COP-larda da turizmin gündəmdə saxlanılmasına töhfə verəcək"

Bəzi ölkələrin səbəb olduğu qlobal böhranların turizmə mənfi təsir etdiyi danılmaz faktdır.

"Report" xəbər verir ki, bunu Çexiyanın regional inkişaf naziri Petr Kulhanek COP29 çərçivəsində keçirilən "Turizm sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlərin Birinci Görüşü"ndə bildirib.

O vurğulayıb ki, dünya hazırda ciddi sınaqlarla üz-üzədir: "Hamımız bilirik ki, hərbi təcavüzlər, pandemiyalar və qaçqın böhranları turizmin əsas düşmənləridir. COVID-19 pandemiyasının təsirləri, Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki gərginliklər və iqtisadi böhranlar qlobal turizm sektorunda ciddi tənəzzülə səbəb olub. Bəzi ekspertlərin fərqli fikirlərinə baxmayaraq, qlobal böhranların turizmə müsbət təsir göstərmədiyi açıq-aydın görünür”.

Nazir əlavə edib ki, turizm sahəsinin nümayəndələri ekoloji məsuliyyətə sadiq qalmalı və dayanıqlı gələcək üçün həll yollarının bir hissəsi olmalıdırlar: “Son illərdə turizm bir çox yüksək səviyyəli siyasi müzakirələrin əsas mövzularından birinə çevrilib. Biz bu enerjidən müsbət dəyişikliklər üçün istifadə etməliyik. COP29-un sədrinə turizmi bu mühüm müzakirəyə daxil etmək qərarına görə təşəkkür edirəm”.

P. Kulhanek vurğulayıb ki, turizm sülh və qarşılıqlı anlaşmanı təşviq etmək, eləcə də mədəni və şəxsi əlaqələri dərinləşdirmək gücünə malikdir: “Bu gün turizmin ətraf mühit müzakirələrindəki əhəmiyyətli rolunu qəbul etməyin vaxtıdır. Ümid edirəm ki, bu tarixi görüş gələcək COP tədbirlərində də turizmin gündəmdə saxlanılmasına və bu dinamikanın davam etdirilməsinə töhfə verəcək”.

Избранный
35
ekologiya.az

1Источники