RU

ABŞ Senatı Ağ Evin Ukrayna borcunun bir hissəsinin silinməsinə mane olmayıb

ABŞ Senatı Kiyevin 4,65 milyard dollarlıq borcunun silinməsinə qarşı olan təklifi rədd edib...

Poliqon TASS Agentliyinə istinadən xəbər verir ki, Amerika Senatı Ukraynanın 4,65 milyard dollarlıq dövlət borcunun bir hissəsinin silinməsinə qarşı qətnaməyə baxmaqdan imtina edib.

Rədd edilmiş qətnamənin müəllifi keçmişdə ABŞ prezidenti Co Bayden administrasiyasının Rusiya və Ukrayna ilə bağlı mövqeyini dəfələrlə tənqid edən Kentukki ştatından respublikaçı Rend Pol olub. O, həmçinin Kiyevə yardımın kəsilməsini müdafiə edib.

61 senator qətnamənin əleyhinə, 37 senator isə lehinə olub.

Noyabrın 20-də ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, Ağ Ev Ukraynanın borcunun bir hissəsini silməyi nəzərdən keçirir, lakin qanunvericilər etiraz edərsə, Konqresin qərarına tabe olacaq. Miller təsdiqləyib ki, administrasiya Kiyevin 4,65 milyard dollar məbləğində borcunu silməkdə maraqlıdır.

Poliqon.info

Избранный
21
poliqon.info

1Источники