RU

Ölkəmizdə bərpaolunan enerjinin payı 17 faizi keçib

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə ölkədə enerji istehsalının 17 faizinin bərpaolunan enerjinin payına düşdüyünü bildirib.

Hazırda səhmdar cəmiyyətə məxsus Külək Enerji Parkında aylıq orta hesabla 6 milyon kilovat/saat elektrik enerjisi istehsal olunduğunu vurğulayan A.Məmmədzadə bu rəqəmin 5 milyon kilovat/saatdan aşağı düşmədiyini qeyd edib. O, parkın ümumi gücünün 50 meqavat olduğunu və bu göstərici ilə illik orta hesabla 100 minə yaxın abunəçini elektrik enerjisi ilə təmin etməyin mümkünlüyünü də diqqətə çatdırıb.

Direktorun sözlərinə görə, Azərbaycanda kiçik su, günəş elektrik stansiyaları və digər mənbələrdən əldə edilən elektrik enerjisi ümumi sistemə inteqrasiya olunub: “Deyə bilərəm ki, ölkədə istehsal edilən elektrik enerjisinin 17 faizi bərpaolunan enerji mənbələrinin payına düşür. Əlbəttə, bütün bu işlərin görülməsi üçün mərkəzləşdirilmiş və qeyri–mərkəzləşdirilmiş idarəetmə sistemləri tələb olunur. Bu, rəqəmsal texnologiyalardır. İnnovativ həllər əsasında onların tətbiqi həm işğaldan azad olunmuş ərazilərdə, həm də ölkənin digər bölgələrində tətbiq olunur”.

A.Məmmədzadə qeyd edib ki, “Azərişıq” mərkəzləşdirilmiş idarəetmə sistemini və dispeçer idarəetməni artıq bu gün 04 kilovoltluq şəbəkələrin idarə olunması səviyyəsinə çatdırıb. “Azərişıq” ASC-nin 3 milyona yaxın abunəçisindən, təxminən” yarısı smart sayğacla təmin olunub. Hazırda isə məsafədən sayğacların oxunması üçün avtomatik sayğac sisteminin tətbiqinə başlanılıb. Bu, artıq işğaldan azad olunmuş ərazilərdə 100 faiz təmin edilib.

Избранный
15
3
xalqqazeti.az

4Источники