RU

Mühüm nailiyyətlərə və irəliləyişlərə imza atmış Yeni Azərbaycan Partiyası



Ulu öndər Heydər Əliyev ideyalarına əsaslanaraq, 32 illik tarixi yolda xalqa və vətənə, dövlətçiliyə xidmət edən Yeni Azərbaycan Partiyası ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edərək, dövlətçiliyimizin möhkəmlənməsi və dinamik inkişafında müstəsna rol oynayıb. Təbii ki, Yeni Azərbaycan Partiyasının keçdiyi yolda əldə olunan qələbələrin kökündə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ideyaları, onun tərəfindən müəyyənləşdirilmiş strateji xətt, inkişaf strategiyası dayanır.
Yeni Azərbaycan Partiyası iqtidarda olduğu müddətdə ölkənin siyasi və iqtisadi müstəqilliyi daha da möhkəmlənib və Azərbaycanın beynəlxalq aləmdə mövqeyi güclənib. Özbaşınalığın, xaos və anarxiyanın hökm sürdüyü, Azərbaycan dövlətçiliyinin məhv olmaq təhlükəsi ilə qarşılaşdığı zamanda YAP-ın yaradılması zərurət idi. 21 noyabr 1992-ci ildə Ulu öndər Heydər Əliyevin Sədrliyi və tanınmış ziyalıların iştirakı ilə Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi, həmin dönəmdə yeni müstəqillik qazanmış ölkəmizin bu müstəqilliyi itirmək təhlükəsindən xilas olmasına, ölkəmizin müqəddəratının tənəzzüldən tərəqqiyə doğru dəyişməsinə aparan yolun başlanğıcı oldu. Belə ki, ölkə ərazisində gedən müharibə, idarəçiliyin yoxluğu, səriştəsiz insanların rəhbərlikdə olması, daxili qarşıdurma Azərbaycanı parçalanma və vətəndaş müharibəsi təhlükəsi qarşısında qoymuşdu. Yeni Azərbaycan Partiyasının yaradılması və uğurlu siyasi fəaliyyət göstərməsi ilə ölkəmiz xaos və hərc-mərclikdən xilas olundu və ölkəmizə demokratik ənənələr gətirildi. Hazırki reallıqları tamamilə fərqlidir. Xalqımızın Ümummilli lideri Heydər Əliyevin ideyalarına sadiq olan və bu ideyalar əsasında fəaliyyət göstərən YAP Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Sədrliyi ilə 32 illik yubileyini böyük uğurları ilə qeyd edir.
Ümummilli liderin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının qarşısında hazırda yeni vəzifələr durur. YAP-ın VII Qurultayında qəbul olunmuş qərarlar hakim partiyanın tarixində yaddaqalan məqamlarla həkk olundu. Belə ki, partiyanın Nizamnaməsinin qəbul olunmasından xeyli müddət keçmişdi və həmin dövr ərzində Yeni Azərbaycan Partiyası çox mühüm nailiyyətlərə və irəliləyişlərə imza atmışdı. Bundan əlavə, yeni islahatlar və dəyişikliklər çərçivəsində partiyanın idarə olunmasında, partiya fəaliyyətinin tənzimlənməsində müvafiq addımların atılması zərurəti yaranmışdı. YAP-ın VII Qurultayı həm Azərbaycan, həm də partiya üçün əlamətdar və mühüm ictimai-siyasi hadisəyə çevrildi. VII Qurultayda partiyanın yeni hüquqi-normativ sənədləri qəbul edildi. Partiyanın yeni Nizamnaməsi təsdiq edildi, YAP-ın İdarə Heyəti, Təftiş Komissiyası, Veteranlar Şurası seçildi. Bu məsələlərin hamısı YAP-ın VII qurultayında təsdiq edilən yeni nizamnamədə öz əksini tapmış oldu. Qurultayda Prezident İlham Əliyev çıxışı zamanı bildirdiyi kimi: "Hesab edirəm ki, partiya yeniləşmiş formatda, o cümlədən rəhbər orqanlarında təmsil olunan namizədləri nəzərə alsaq daha fəal olacaq, ölkə qarşısında duran problemləri daha fəal icra edəcəkdir. Həyat dəyişir, zəmanə dəyişir. Bir daha demək istəyirəm ki, biz ən müasir təcrübəni Azərbaycanda bütün sahələrdə tətbiq etməliyik, o cümlədən siyasi islahatlar sahəsində. Əminəm ki, partiyanın rəhbər orqanlarında təmsil olunan üzvləri fəal olacaqlar, partiyamızın fəaliyyətində öz rolunu oynayacaqlar, ümumi işimizə öz töhfəsini verəcəklər ki, partiyamız bundan sonra da ölkəmizin aparıcı siyasi qüvvəsi olaraq qalsın." YAP-ın VII Qurultayında partiyanın daha təkmil idarəetmə forması müəyyən olundu. Əsasən də, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın partiyanın Sədrinin birinci müavini kimi fəaliyyəti YAP-ın nüfuzunun və gücünün, o cümlədən, partiyaya ictimai dəstəyin daha da artması baxımından olduqca mühüm əhəmiyyətə malikdir. Mehriban xanım Əliyevanın partiyanın Sədrinin birinci müavini təyin edilməsi yeni mərhələdə Yeni Azərbaycan Partiyasının inkişafına təkandır və bu partiyanın və ölkəmizin yeni nailiyyətlər əldə etməsində mühüm əhəmiyyət daşıyır.
44 günlük Vətən müharibəsində Rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm Qələbə qazanıb. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü və tarixi ədalət bərpa olundu. Bu o deməkdir ki, Azərbaycan artıq yeni reallıqlar yaradıb. Bu reallıqlar həm ölkəmiz, həm də bütövlükdə region üçün yeni perspektivlər vəd edir, yeni çağırışlar yaradır. "İkinci Qarabağ müharibəsinin nəticələri də bölgə üçün yeni reallıqlar yaratmışdır" – deyə qeyd edən Prezident İlham Əliyev bildirib ki, bölgədə yeni əməkdaşlıq imkanları yaranmışdır:"Uzunmüddətli sülhün təmin edilməsi üçün çox önəmli şərtlər yaradılmışdır və eyni zamanda, ölkəmizdə də yeni dövrə qədəm qoymaq üçün yeni imkanlar yaranıb".
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş qətiyyətli və uğurlu siyasət Azərbaycanı güclü dövlətə çevirmişdir. Müəzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu möhtəşəm Tarixi Zəfər çaldı. Azərbaycanın əldə etdiyi parlaq Zəfər həmçinin, yeni reallıqlar yaratdı. Yeni Azərbaycan Partiyası da hər zaman öz fəaliyyətini günün tələblərinə uyğun quran siyasi təşkilatdır.
Xalqımızın Ümummilli lideri, Yeni Azərbaycan Partiyasının banisi olan Ulu öndər Heydər Əliyevin qurduğu, yaratdığı müstəqil Azərbaycan inamlı inkişaf yolundadır.

Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini




Избранный
13
aia.az

1Источники