Türkiyə prezidenti noyabrın 17-də İsrail prezidentinin təyyarəsinin Bakıya uçmaq üçün Türkiyənin hava məkanından istifadə etməsinə icazə vermədiyini təsdiq edib.
Tezadlar.az TRT- Haber- ə istinadla bildirir ki, "Biz İsraillə ticari əlaqələri kəsmişik və onun bizim hava məkanımızdan istifadə etməsinə icazə vermədik", deyən Ərdoğan Braziliyada C20 sammiti zamanı keçirdiyi mətbuat konfransında daha sonra deyib: "Bildiyiniz kimi, biz İsraillə ticari əlaqələri tamamilə kəsmişik. İsrail prezidentinin COP29 sammitində iştirak etmək üçün Azərbaycana səfərinə gəlincə, biz onun bizim hava məkanımızdan istifadə etməsinə icazə vermədik".
Xatırladaq ki, İsrail nazirləri Bakıya Gürcüstandan keçən fərqli reyslərlə gəliblər.
A.Məmmədli