RU

Bitcoin-in qiyməti rekord yeniləyib - SON QİYMƏT

Bitcoin qiyməti tarixi rekord qıraraq 97 min dollara çatıb. Analitiklər bu artımı əsasən 2024-cü ilin yarılanma prosesinin nəticəsi və ABŞ-da faiz dərəcələrinin azaldılacağı gözləntiləri ilə əlaqələndirirlər.

Bitcoin-in qiyməti rekord yenilədi - 100 min dollara çata bilər

FED.az xəbər verir ki, son bir neçə ayda Bitcoin-ə maraq həm də kriptovalyuta ETF-lərinə yönələn böyük həcmdə sərmayələrdən qaynaqlanır. Hal-hazırda Bitcoin bazarında üstünlük təşkil edir, bu da investorların daha təhlükəsiz aktivlərə yönəldiyini göstərir.

Ekspertlər Bitcoin-in qiymətinin ilin sonuna qədər 100 min dolları keçəcəyini proqnozlaşdırırlar. Bitcoin-in qiyməti ayın əvvəlindən 36,87 faiz, ilin əvvəlindən isə 128,35 faiz artıb. Analitiklər, həmçinin, bu artımın digər kriptovalyutaların da qiymətini yüksəldəcəyini gözləyirlər.

Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür. 

 

Избранный
62
50
fed.az

10Источники