RU

Tariflər artırılır: İctimai nəqliyyatda qiymət Cənubi Qafqazda ən baha olacaq

Tariflərin artırılmasından sonra İrəvanda ictimai nəqliyyat Cənubi Qafqaz regionunda ən bahalı nəqliyyata çevriləcək.

Publika.az xəbər verir ki, bunu “Sputnik Ermənistan”a açıqlamasında İrəvan meriyasının nəqliyyat departamentinin keçmiş rəhbəri Edqar Qalstyan deyib.

Eyni zamanda o vurğulayıb ki, şəhər rəhbərliyinin təşəbbüsü ilə qiymət artımı heç bir halda əsaslandırılmır.

Xəbər verildiyi kimi, 2025-ci il yanvarın 1-dən Yerevanda ictimai nəqliyyatda sərnişindaşıma üçün yeni tariflər tətbiq ediləcək. Müvafiq olaraq, tək biletin qiyməti 300 dram (təxminən 1,3 manat), 30 günlük bilet paketinin qiyməti 8800 dram, 90 günlük biletin qiyməti 23600 dram, illik bilet paketinin qiyməti 88 min dram olacaq. Eyni zamanda, paketlər qeyri-məhdud sayda səfərləri təmin edir.

"Tarifin artırılması üçün orijinal peşəkar hesablamaları nə qədər tapmağa çalışsam da, tapa bilmədim", - Qalstyan qeyd edib.

Избранный
110
1
publika.az

10Источники