RU

ABŞ Ukraynanın borclarını silmək istəyir

ABŞ prezidenti Co Bayden administrasiyası ABŞ Konqresinin aprel ayında qəbul etdiyi maliyyə qanunu çərçivəsində Ukraynanın 4,7 milyard dollarlıq kredit borcunu bağışlamaq üçün addımlar atıb.

“İki sahil”in “HaberGlobal”a istinadən verdiyi məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller mətbuat konfransında deyib.

"Biz qanunda göstərilən addımı ataraq bu krediti sildik", deyən Miller, ABŞ Konqresinin Bayden administrasiyasının bu addımını əngəlləyə biləcəyinə diqqət çəkib.

ABŞ Senatının bu gün Ukraynaya yardımı tənqid etməsi ilə tanınan respublikaçı senator Rand Paulun təqdim etdiyi Ukraynanın kredit borclarının bağışlanmasını rədd edən təklifin səsə qoyulacağı gözlənilir.

ABŞ prezidenti Co Bayden yanvarın 20-də prezidentlik vəzifəsini Donald Trampa təhvil verilməzdən əvvəl Vaşinqtondakı rəsmiləri Ukraynaya mümkün qədər çox yardım göstərmək üçün tez hərəkət etməyə çağırmışdı.

Bayden administrasiyası Trampın Ukraynaya yardımı məhdudlaşdıracağından narahatdır. Bu narahatlığı bölüşən Ukrayna prezidenti Volodimir Zelenski açıqlamasında ABŞ-ın yardımı məhdudlaşarsa, Ukraynanın Rusiyaya qarşı müharibəni uduzacağını bildirib. Amerika mətbuatına açıqlama verən Zelenski, “Mübarizə edəcəyik, öz istehsalımız var, ancaq qalib gəlmək və sağ qalmağımız üçün kifayət deyil.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Избранный
21
2
ikisahil.az

3Источники