RU

Azərbaycanın “yaşıl” enerji zonası 4,5 min hektara çatıb

Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) Bərpaolunan enerji mənbələri ərazilərinin inkişafı şöbəsinin müdiri Fəqan Abdurəhmanov COP29 çərçivəsində keçirilən “Mərkəzi Asiyada Enerji keçidi üzrə İnvestisiya Forumu”nda Azərbaycanda 4500 hektar ərazinin bərpaolunan enerji zonası kimi müəyyənləşdirildiyini bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycan qarşısına iddialı hədəflər qoyub və bunlardan biri 2030-cu ilə qədər ölkənin ümumi enerji balansında bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılmasıdır. Təmiz enerjiyə keçid asan proses olmasa da, uzunmüddətli perspektivdə dayanıqlılığa və enerji təhlükəsizliyinə nail olmaq üçün vacibdir.

F.Abdurəhmanov xatırladıb ki, Azərbaycanda 2027-ci ilə qədər bərpaolunan enerji mənbələri sahəsinə 2,8 milyard ABŞ dolları investisiya qoyulması ilə 8 böyük günəş və külək elektrik stansiyasının inşası, təxminən, 2 GVt həcmində bərpaolunan enerji gücü yaradılması və milli enerji sisteminə inteqrasiyası planlaşdırılır: “2 GVt sadəcə rəqəm deyil, bu, beynəlxalq şirkətlər tərəfindən həyata keçirilən qiymətləndirmələr əsasında hesablanan bir göstəricidir. Bu göstərici enerji sistemində müəyyən təkmilləşdirmələrin, modernləşdirmənin aparılması şərtilə 2030-cu illədək nə qədər bərpaolunan enerji qəbul edə biləcəyini göstərir”.

XQ

Избранный
27
xalqqazeti.az

1Источники