RU

Kişi qadına xəsarət yetirdi, sonra özünü binadan atdı

Ötən gecə Rostok şəhərinin Şmarl rayonunda 34 yaşlı kişi qucağında doqquz aylıq körpə ilə özünü onuncu mərtəbədən atıb. Kişi yerindəcə ölüb, körpə isə ağır yaralanıb.

News24.az yerli KİV-ə istinadən xəbər verir ki, kişinin özünü atdığı mənzildə polis əməkdaşları uşağın anasını bıçaq xəsarətləri aldığını aşkar ediblər. Polis dərhal ananı xəstəxanaya çatdırıb. 

Həkimlər bildirib ki, qadının həyatı üçün təhlükə yoxdur.

Faktla bağlı araşdırma aparılır.

Ağa Dadaşzadə

Избранный
13
news24.az

1Источники