RU

İtaliyada lentlə yapışdırılan banan şok qiymətə satıldı

Divara skoçla yapışdırılmış banan 6,2 milyon dollara satılıb.

Kult.az xəbər verir ki, məlumatı xarici mətbuat yazır.

Bildirilib ki, meyvə 2019-cu ildə İtalyan rəssam Mauritsio Kattelan tərəfindən divara yapışdırıldıqdan sonra məşhurlaşıb. "Komediant" adlandırılan bu sənət əsərinin üç nüsxəsi hazırlanıb. İlk iki nüsxəsi 120 min dollara satılıb.

Sonuncu nüsxənin ilkin qiyməti 1 milyon ilə 1,5 milyon dollar arasında dəyərləndirilirdi.

Çindən olan kolleksiyaçı, TRON blokçeyn platformasının yaradıcısı Castin San tərəfindən alınıb.

"Bu, adi sənət əsəri deyil. Bu, incəsənət, memlər və kriptovalyuta cəmiyyətini əhatə edən mədəni fenomendir. Mən yaxın günlərdə bananı yeyəcəyəm və bu, unikal bədii təcrübənin bir hissəsi olacaq", - o əlavə edib.

Избранный
17
axar.az

1Источники