RU

ABŞ bu ölkənin milyardlarla dollar borcunu bağışlayır: Senator etiraz edir

ABŞ Dövlət Departamenti Ukraynanın 4,7 milyard dollarlıq kredit borcunun silinəcəyini açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller mətbuat konfransında açıqlama verib.

Miller aprel ayında ABŞ Konqresinin qəbul etdiyi maliyyə qanunu çərçivəsində Ukraynanın 4,7 milyard dollarlıq kredit borcunun bağışlanması üçün addımlar atıldığını bildirib.

Lakin respublikaçı senator Rand Paul Ukraynanın kredit borclarının bağışlanmasını rədd edən təklif irəli sürüb. O, Ukraynaya yardımı tənqid etməsi ilə tanınır. Təqdim etdiyi təklif çərçivəsində bu gün səsvermə olacağı gözlənilir.

Избранный
19
publika.az

1Источники