RU

Bu ölkələr Kiyevdəki səfirliklərini BAĞLADI - Yaxın günlərdə elə şeylər olacaq ki...

Rusiyanın Ukrayna paytaxtına kütləvi raket zərbələri gözləntisinə görə diplomatik korpusların əməkdaşları sığınacaqlara göndərilir - müharibə amansız fazaya daxil olub

ABŞ-ın Kiyevdəki səfirliyi noyabrın 20-də potensial ciddi hava hücumu ilə bağlı konkret məlumat alıb. ABŞ-ın Kiyevdəki səfirliyi məlumat yayıb. “Ehtiyat tədbiri olaraq, səfirlik bağlanacaq və əməkdaşlara yerində sığınacaq tapşırılacaq. 

Səfirlik ABŞ vətəndaşlarına hava hücumu xəbərdarlığı zamanı dərhal sığınmağa hazır olmağı tövsiyə edir”, - səfirlik qeyd edib. ABŞ-dan sonra İspaniya ilə Yunanıstanın da Kiyevdəki səfirlikləri təhlükəsizlik təhdidlərini nəzərə alaraq, fəaliyyətlərini dayandırdıqlarını bəyan ediblər. Rusiya Ukraynaya kütləvi hücumlar təşkil etmək üçün raket ehtiyatı toplayıb. Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko belə deyib. O bildirib ki, söhbət müxtəlif növ ballistik və qanadlı raketlərdən gedir. “Ruslar bir neçə aydır ki, Ukraynaya kütləvi hücumlar üçün raket ehtiyatı toplayırlar. Buraya istehsalına davam etdikləri "Kh-101", həmçinin müxtəlif ölçülü kalibrlər, hipersəs və kruiz raketləri daxildir. Rusiya aerodromlarındakı aviasiya və dənizdəki gəmilər hücuma hazırdır", - deyə o qeyd edib.

Düşünmürəm

Rüstəm Tağızadə

Politoloq Rüstəm Tağızadənin sözlərinə görə, ATACMS-nin yerləşdirilməsi münaqişənin risklərini artırır, NATO və Rusiyanın da iştirak etdiyi daha geniş müharibə riskini artırır. Onun fikrincə, Rusiya kiberhücumlar və hətta nüvə təhdidləri də daxil olmaqla, daha aqressiv hərbi əməliyyatlarla cavab verə bilər: “ATACMS-dən istifadə ABŞ və Rusiya arasında münasibətləri daha da gərginləşdirə bilər və bu, yeni "soyuq müharibə"yə bənzər dövrə gətirib çıxara bilər. Bu, həm də NATO ilə Rusiya arasında gərginliyi gücləndirə və potensial olaraq Avropada yeni təhlükəsizlik böhranına səbəb ola bilər".

R.Tağızadə hesab edir ki, ABŞ-da Ukraynaya ATACMS vermək qərarı qarışıq reaksiyalarla qarşılanıb: “Bəziləri bu addımı Rusiyanın təcavüzünün qarşısını almaq üçün zəruri addım kimi dəstəkləyir, digərləri isə eskalasiya potensialından narahatlığını bildirir. Rusiya ATACMS-nin yerləşdirilməsini öz təhlükəsizliyinə birbaşa təhdid kimi qiymətləndirərək qətiyyətlə pisləyib. Kreml nüvə silahından istifadə də daxil olmaqla, potensial cavab tədbirləri barədə xəbərdarlıq edib. Rusiya Ukrayna infrastrukturuna artan kiberhücumlar və ya raket zərbələri kimi məhdud hərbi əməliyyatlarla cavab verə bilər. Hadisələrin sonrakı inkişafı isə Rusiyanın atacağı addımlar və Ukraynaya verilən hərbi yardımlardan asılı olacaq. Tramp administrasiyası hakimiyyətə gələnə qədər Ukrayna öz milli maraqları naminə verilən hərbi yardımlardan yararlanmaq siyasətini tətbiq edəcək”.

Fransa

Aqşin Kərimov

Siyasi icmalçı Aqşin Kərimova görə, Ukrayna Rusiyanın arxa cəbhə dərinliklərinə raketlərlə zərbə endirsə belə, bu, Ukrayna ərazisində Rusiyanın nəzarət zolağına əhəmiyyətli təsir göstərməyəcək: “Cari məqsəd, sadəcə, Kurskda vəziyyəti donmuş cəbhə xətti kimi saxlamağa nail olmaqdır. Lakin bu, Rusiyanın Ukraynadakı irəliləyişlərinin qarşısını ala biləcək səviyyədə deyil. ABŞ, Böyük Britaniya və Fransanın məqsədi Şimali Koreyanın Ukraynaya qarşı qoşun yerləşdirməsinin genişlənməsini sarsıtmaqdır. Rusiya və Şimali Koreya NATO-nun genişlənmə siyasətinin Avropa səhnəsinə qarşı çıxaraq prosesə müttəfiq kimi daxil olur. Bu, gələcəkdə Rusiya-Çin-Şimali Koreya-İran dördlü ittifaqının NATO əleyhinə aqressiv tərəfdaşlıq müstəvisini stimullaşdıra bilər”. Təhlilçinin fikrincə, Bayden administrasiyasının, Böyük Britaniya ilə Fransanın Ukraynaya izn verməsi Donald Trampın daha təhlükəli qlobal situasiyaları miras alacağını deməyə əsas verir: “Yəni Tramp Rusiya ilə müzakirə kanallarına üstünlük versə də, o, Şimali Koreya, Çin və İranın Avropadakı iştirakına göz yummayacaq. Bununla da ABŞ-Rusiya əlaqələrindəki mübahisələr yeni kontekstdə alovlanacaq”. 

Emil SALAMOĞLU,
“Yeni Müsavat” 

Избранный
13
musavat.com

1Источники