Amerikalı milyarder İlon Mask hesab edir ki, ABŞ-a qanuni miqrasiya prosesi ləng və mürəkkəbdir.
Reyting.az xəbər verir ki, bu barədə İlon Mask özünün “X” sosial şəbəkəsində yazıb.
O qeyd edib ki, Amerikaya qanuni immiqrasiya hətta çox istedadlı insanlar üçün də gülünc dərəcədə ləng və mürəkkəb olduğundan prosesi sadələşdirmək lazımdır.