RU

“Tramp uduzmağı sevmir” – XİN rəhbəri

Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Rusiya – Ukrayna müharibəsini hansı şərtlər altında bitirə biləcəyini açıqlayıb.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Trampın münaqişəni güc yolu ilə həll edəcəyini vurğulayıb.

Nazirin sözlərinə görə, Tramp Kiyev üçün əlverişsiz qərarları dəstəkləməyəcək.

XİN rəhbəri vurğulayıb ki, Donald uduzmağı sevmir və o, Amerika xalqı üçün ən düzgün variantı seçəcək.

Xatırladaq ki, Tramp daha əvvəl Rusiya – Ukrayna müharibəsini 24 saata bitirə biləcəyini vurğulayırdı.

Məlik,
KONKRET.az

Избранный
7
konkret.az

1Источники