RU

Onlayn ticarətdə ƏDV vətəndaşa geri qaytarılsın - Vüqar Bayramov

Vətəndaşlara aldıqları mallara görə nağdsız ödədikləri əlavə dəyər vergisinin (ƏDV) 17,5 faizi, nağd ödədikləri ƏDV-nin 5 faizi geri qaytarılır. Amma onlayn ödənişlərdə vətəndaşalara ƏDV-nin geri qaytarılması mümkün olmur. Məsələn, hər hansı əşyanı kreditlə alan şəxslərin çoxu aylıq ödənişi mağazaların kassasında yox, mobil tətbiqlər, terminallar və ya internet üzərindən onlayn ödəyir. Ödəyiciyə verilən elektron qəbzdə isə ƏDV-ni geri almaq üçün müvafiq bölmə olmur.

Deputat Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, “ƏDV geri al” layihəsi üzrə genişləndirmə həyata keçirilir:

“Onlayn ticarətdə xüsusən də yerli şirkətlərin təklif etdiyi xidmət və malların satışı üzrə onlayn alış-verişdə ƏDV-nin geri qaytarılması məqsədəuyğun olar. Təbii ki, “ƏDV geri al” layihəsinin məqsədi plastik kartlardan daha çox istifadənin stimullaşdırılmasıdır. Onlayn alış-veriş praktiki olaraq yalnız plastik kartlar və ya köçürmələr vasitəsilə mümkündür. Bütün bunlarla yanaşı, xüsusən də onlayn ticarətin stimullaşdırılması və yerli şirkətlərin onlayn xidmət və mallarına tələbin artırılması üçün onlayn ticarətin də “ƏDV geri al" mexanizminə daxil edilməsi məqsədəuyğun olar. Bu, onlayn ticarətə marağın artmasına gətirib çıxarda bilər”.

Избранный
14
buta.media

1Источники