RU

Türkiyədən ABŞ-a çağırış: “Siz qoşunlarınızı geri çəkin, biz də...”

Türkiyə ABŞ-ı hərbi qüvvələrini Suriyadan geri çəkməyə və PKK/YPG terror təşkilatına dəstək verməməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Blumberq” məlumatlı mənbələrə istinadla yazır.

Türkiyə rəsmisi nəşrə bildirib ki, Ankara bunun müqabilində Vaşinqtona Suriyada İŞİD terror təşkilatı ilə mübarizə missiyasını üzərinə götürmək təklifini verib.

Türkiyə, həmçinin Suriyanın şimal-şərqindəki on minlərlə İŞİD məhbusu və onların ailələri üçün məsuliyyəti öz üzərinə götürməyə hazır olduğunu bəyan edib. ABŞ-ın bu təklifə necə cavab verəcəyi maraq doğurur.


Müəllif: Mənsur Rəğbətoğlu
Избранный
10
teleqraf.com

1Источники