RU

İRİA ilə “Google” şirkəti arasında süni intellekt və rəqəmsal transformasiya üzrə əməkdaşlıq müzakirə edilib (FOTO)

Bakı. Trend:

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə “Google”şirkətinin Mərkəzi Asiya, Qafqaz, inkişaf etməkdə olan ölkələr,hökumətlə əlaqələr və dövlət siyasəti üzrə rəhbəri Olqa Skoroxodovaarasında görüş keçirilib.

Trendxəbər verir ki, bu barədə, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyiməlumat yayıb.

Bildirilib ki, COP29 sammiti çərçivəsində baş tutan, müxtəliftəşəbbüs və əməkdaşlıq üçün potensial istiqamətlərin müzakirəedildiyi görüşdə Azərbaycan Süni İntellekt Laboratoriyası, ocümlədən Elm və Təhsil Nazirliyinin Təhsil Sistemininİnformasiyalaşdırılması İdarəsinin nümayəndələri də iştirakediblər.

Görüş zamanı “Google”un inkişaf etməkdə olan ölkələr üçünnəzərdə tutduğu qlobal “AI Sprinters Framework” proqramı əsasındaAzərbaycanın Milli Süni İntellekt Strategiyasının inkişafı üzrəəməkdaşlıq perspektivləri müzakirə edilib. “Google”, həmçinintələbə və mütəxəssislərin süni intellekt və bulud texnologiyasıbacarıqlarının inkişafını əhatə edən təşəbbüslərini təqdim edib. Butəşəbbüslər vasitəsilə universitet və texnologiya icmaları ilə sıxəlaqələrin qurulmasının mümkünlüyü qeyd olunub.

Bildirilib ki, bu əməkdaşlıq Azərbaycanda rəqəmsal ekosistemininkişafına mühüm töhfə verəcək, innovasiyaların sürətləndirilməsivə dayanıqlı inkişafı üçün süni intellektdən istifadəninoptimallaşdırılması baxımından yeni imkanlar yaradacaq.

Müzakirələr zamanı tərəflər süni intellekt və rəqəmsalinnovasiyalar sahəsində regional əməkdaşlığın əhəmiyyətinivurğulayıblar. Qeyd edilib ki, süni intellekt üzrə əməkdaşlıqAzərbaycanı bu istiqamətdə regional mərkəz olaraq mövqeləndirməkpotensialına malikdir.

İRİA
İRİA
İRİA
Избранный
12
az.trend.az

1Источники