İranda zəlzələ baş verib.
Milli.Az xəbər verir ki, bu barədə İran Milli Seysmoloji Mərkəzi məlumat yayıb.
İranın Buşəhr əyalətinin Daştestan şəhərinin Bazarjan rayonunda Rixter şkalası üzrə 4,6 maqnitudalı zəlzələ olub.
Yeraltı təkan 6 km dərinlikdə yerləşib. Zəlzələnin episentri Barazjandan 13 km, Vəhdətiyyədən 17, Saadabaddan 20 km məsafədə olub.
Milli.Az