RU

Bakıda "iPhone" dələduzluğu - 176 000 min manat mənimsədi

Bakıda dələduzluqda təqsirləndirilən Ramin Ağayevin barəsindəki qərardan kassasiya şikayəti verilib.

Day.Az pravda.az-a istinadən bildirir ki, şikayət Ali Məhkəmənin hakimi Ələsgər Novruzovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin baxış iclası hələlik açıqlanmayıb.

İttihama görə, Ramin Ağayev iş üzrə zərərçəkmiş olan 6 tanışına özünü işgüzar şəxs kimi təqdim edib, onlara "iPhone 14 Pro Max" markalı mobil telefonlar alıb ona verdikdən sonra baha qiymətə sataraq gəlir əldə edəcəklərinə inandırıb. O, 2023-cü ildə müxtəlif vaxtlarda zərərçəkmişlərin ümumilikdə 176 000 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramin Ağayev 4 il 11 ay 25 gün müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs olunub.

Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən saxlayıb.

Избранный
3
6
day.az

8Источники