RU

"Liverpul" yapon futbolçu üçün 66 milyon funt-sterlinq ödəməyə hazırdı

"Real Sosyedad"ın futbolçusu Takefusa Kubo karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Liverpul" yapon vingeri transfer etmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

Premyer Liqa nəhəngi 22 yaşlı ön xətt oyunçusu üçün İspaniya klubuna 66,7 milyon funt-sgterlinq ödəməyə hazırdır.

Qeyd edək ki, "Real Sosyedad" Takefusa Kubonu 2022-ci ilin yayında "Real"dan transfer edib. Yaponiya millisinin üzvü bu mövsüm La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 16 rəsmi matçda 3 qol vurub. Onun klubla müqaviləsi 2029-cu ilin yayına kimidir.

saytlarin hazirlanmasi

Избранный
32
sportal.az

1Источники