RU

COP29 çərçivəsində ilk bərpa olunan enerji hərracının qalibi elan edilib

Bakı.Trend

COP29 çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının(AYİB) dəstəyi ilə həyata keçirilən 100 MVt gücündə Qobustan GünəşElektrik Stansiyasının tikintisi üzrə hərracın qalibi elanolunub.

Trend xəbər verir ki, hərkilovat-saat elektrik enerjisi üçün ən aşağı təklif verən“Universal International Holdings Limited” şirkəti hərracda qalibgəlib.

2027-ci ildə istismara verilməsi nəzərdə tutulan stansiyada həril təxminən 260 milyon kilovat-saat elektrik enerjisi istehsalıproqnozlaşdırılır. Bu isə ildə 57 milyon kubmetr həcmində təbiiqaza qənaət etməklə yanaşı, atmosferə atılan karbon emissiyalarını124 min ton azaltmağa imkan verəcək.

Energetika naziri Pərviz Şahbazov deyib: 100 MVt gücündəQobustan Günəş Elektrik Stansiyası üzrə hərracın uğurla başaçatması Azərbaycanın bərpa olunan enerji sektorunda daha bir mühümnailiyyətidir. Çinin “Universal International Holdings Limited”şirkətinin qalib gəlməsi, ölkəmizin yaşıl enerji layihələrinəbeynəlxalq investorların artan marağını və inamını bir daha təsdiqedir. AYİB-in dəstəyi ilə həyata keçirilən və nəticələri COP29çərçivəsində elan olunan bu hərrac, Azərbaycanın beynəlxalqəməkdaşlığa, davamlı inkişaf məqsədlərinə və “yaşıl enerji”potensialının reallaşdırılmasına sadiqliyini nümayiş etdirir. Buuğur, enerji keçidi prosesimizi sürətləndirməklə yanaşı, qlobaliqlim hədəflərinə töhfəmizi daha da gücləndirəcək".

Avropa Yenidənqurma və İnkişaf Bankının Qafqaz üzrə Regionalrəhbəri Alkis Vryenios Drakinos bildirib: “Azərbaycanın ilk bərpaolunan enerji hərracının uğurla başa çatması bizim üçün böyüknailiyyətdir. AYİB olaraq, yaşıl enerji layihələrininmaliyyələşdirilməsi və bu istiqamətdə siyasətlərin dəstəklənməsiüzrə uzun illər davam edən işlərimizin nəticəsini görməkdənməmnunuq. Bu layihənin həyata keçirilməsində iştirak edən bütüntərəfləri təbrik edirik”.

Qeyd edək ki, hərrac Azərbaycan Respublikası Prezidentinin2023-cü il 2 avqust tarixli 2285 nömrəli Fərmanı ilə təsdiq edilmiş“Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisiistehsalçısının seçilməsi Qaydası”na uyğun olaraq keçirilib.

Məqalədə:
Избранный
9
30
az.trend.az

10Источники