İtalyan rəssam Maurisio Kattelanın “Komediyaçı” əsəri Nyu-Yorkda "Sotheby’s" hərracında 6,2 milyon dollara satılıb. Missiya.Az xəbər verir ki, əsər yalnız banan və onu divara yapışdırmaq üçün istifadə edilən gümüş lentdən ibarətdir.
O tanınmış çinli kolleksiyaçı, TRON blokçeyn platformasının yaradıcısı Castin San tərəfindən alınıb. Kattelanın 2019-cu ildə "Art Basel Mayami Beach"də sərgilənən bu əsəri o zaman sənət aləmində böyük müzakirələrə səbəb olub. Bəzi ziyarətçilər sarı banan və gümüş lentin satira vasitəsi olduğunu düşünsələr də, digərləri əsəri sənət kolleksiyasında şübhəli standartların tənqidi kimi şərh ediblər. Böyük diqqət görən əsər hərracda ilk olaraq 8 min dollar məbləği ilə başlayıb.
Nəhayət, Castin San təqribən 5,2 milyon dollarlıq təklifə əlavə olaraq hərrac komissiyasına 1 milyon dollar və ümumilikdə 6,2 milyon dollar ödəyib.
Zərintac Mayisqızı Missiya.Az