RU

Gender bərabərliyinə siyasi dəstəyi gücləndirmək lazımdır - Muxtar Babayev

"İqlim dəyişikliyinin təsirləri gender bərabərsizliyini də dərinləşdirir".

Teleqraf.com xəbər verir ki, bu sözləri COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev "Gender Bərabərliyi Günü. Şəffaflıqda Gender Tərəflər Konfransının 29-cu sessiyası"nda çıxışı zamanı deyib.

O bildirib ki, bu gün gender bərabərliyi təkcə fundamental insan hüququ deyil, həm də effektiv və ədalətli iqlim fəaliyyətinin təməl daşıdır:

"Bir-birilə əlaqəli iqlim və biomüxtəlifliklə bağlı böhranlar milyonlarla insanı yoxsulluğa sürükləyə və ərzaq qıtlığına səbəb ola bilər. Qadınlar və qızlar həll yollarının ön cəbhəsindədirlər, iqlim problemlərinin həllində dözümlülük, innovasiya və liderlik nümayiş etdirirlər. Qadınların rolunu təkcə iqlim fəalları kimi deyil, həm də cəmiyyətimizin mühüm dayaq nöqtəsi kimi qəbul etməliyik. Gender bərabərliyinə siyasi dəstəyi gücləndirmək və onun iqlim gündəliyinin mərkəzində qalmasını təmin etmək lazımdır".


Müəllif: Rəqsanə Həsənova
Избранный
6
1
teleqraf.com

2Источники